ADENOİDLƏRİN MÜALİCƏSİNDƏ KVANT TERAPİYASI » Qaynar xəbərlərin tək ünvanı

» » » ADENOİDLƏRİN MÜALİCƏSİNDƏ KVANT TERAPİYASI

ADENOİDLƏRİN MÜALİCƏSİNDƏ KVANT TERAPİYASI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADENOİDLƏRİN MÜALİCƏSİNDƏ KVANT TERAPİYASI

 Heç də gizli deyil  ki,bu gün xəstə uşaqların tənəffüs yollarının təkrar xəstəlikləri pediatrların xüsusi narahatlığına səbəb olur.Bu xəstəliklərin əsas səbəbləri LOR patalogiyaya gətirib çıxaran immun sistemdə baş verən dəyişikliklər və fizioloji immunodefisitlərdir. 

   
Statistikaya görə xroniki adenoidit uşaqlarda  yuxarı tənəffüs yollarının  xəstəliklərinin 20-56,3%-ni təşkil edir.Hər  bir uşaqda burun-udlağın limfatik toxumasının patologiyası həyatın ilk ili ərzində formalaşır.Bu ilk növbədə burun-udlaq  badamcıqlarının sadə hipertrofiyası ilə başlayır.Sonradan hipertrofiyaya uğramış badamcıqlar tez-tez iltihablaşaraq prosesin  xroniki xarakter almasına və eşitmənin pozulmasına  səbəb olur.. Adenoidlər  çox zaman həyatın ilk üç ili ərzində müşahidə olunur,lakin müasir dövrümüzdə bir çox hallarda adenoidit cinsi yetkinlik dövründə də rastgəlmə  tendensiyası müşahidə olunur.

Körpəlik dövründə kəskin adenoiditi  burun-udlaq infeksiyaları, allergik şərait, soyuqlama amillərinin  təsiri altında mikrofloranın aktivləşdirilməsi nəticəsində baş verir. Burun və boğaz iltihabı eşitmə borusuna ,oradan isə orta qulağa yayılaraq onun iltihabına və eşitmə funksiyasının pozulmasına səbəb olur.

Udlaq badamcıqlarının məktəbəqədər və məktəb yaşlı uşaqlarda anormal böyüməsi adətən keçirilmiş virus infeksiyalarından qrip, paraqrip, adenovirus infeksiyalarından sonra ,bakterial- yoluxucu xəstəliklərdən  - skarlatina, difteriya, qızılca,anginadan sonra müşahidə olunur. Adenoidlərin inkişafına  irsiyyət, tez-tezsoyuqlamalar, həddindən artıq yorğunluq, pis iştaha, yuxusuzluq, allergiya, tüstüsünə məruz qalma, bədən tərbiyəsi və bədənin möhkəmləndirilməsi prosedurlarına valideynlərin səhlənkar münasibəti zəmin hazırlayar. Adətən bu uşaqların psixofiziki inkişafında gerilik müşahidə olunur və onlar məktəbdə zəif oxuyurlar. 
   
Adenoidlər  LOR orqanları və  yuxarı tənəffüs yollarını patogen mikrofloradan  qorumaq üçün lazımdır. Amma adenoidlər çox inkişaf etməklə birbaşa əks funksiyanı yerinə yetirməyə başlayaraq müxtəlif infeksiyaların bütün növləri  üçün  gizlənmə yeri  rolunu oynayırlar. Belə ki, adenoidlər  - hər bir fərdin immun sisteminin mühümzəncirlərindən biridir.
Adenoidlər  xroniki tonzillitlər kimi bütün orqanizmin xəstəliyidir.
Adenoiditlər:  
 
Əsas simptomla
 
Burun tənəffüsünün çətinləşməsi, tıntınlıq, quru- qeyri-məhsuldar öskürək, xoruldama, eşitməpozğunluqları, üz skeletində dəyişikliklər.
Ölçüsündən asılı olaraq damaq badamcıqlarının hipertrofiyasının üç dərəcəsi var:

I - adenoidlər yer mənfəzin 1/3-ni bağlayır, əsasən uşaq gecə narahat yatır, uzanan zaman özünü narahat  hiss edir . 
II -adenoidlər burun-udlağın 2/3 hissəsini bağlayır. Yuxu zamanı uşaq xoruldayır.
III -adenoidlər burun-udlağı tamamilə qapayır ,uşaq burun vasitəsilə  gündüz nəfəsalması qeyri-mümkün olur,daim yalnız ağız ilə nəfəs alır. 

Adətən adenoidli uşaqlar şıltaq olurlar, onlar kifayət qədər yuxu ala bilmirlər. Şagirdlərdə , təhsildə olan nailiyyətlər kəskin surətdə aşağı düşür,onların səs tonunu dəyişir,baş ağrısından əziyyət çəkirlər,eşitmə zəifləyir,ağızdan daima selik axır. Uşaq təkrar-təkrar soruşur.Gecikmiş formalı Adenoidli uşaqlar daim ağızla nəfəs aldıqlarına görə  hətta üz cizgiləri ,dişləm ,kəllə sümükləri dəyişir, döş qəfəsində deformasiya meydana çıxır. 

Problemin cərrahi yolla (adenotomiya) həllini məqsədəuyğun adlandırmaq olmaz. Cərrahi müdaxilədən sonra adenoidlərin təkrar rastgəlmə tezliyi o qədər də az olmayıb,demək olar ki iki-üç ildən sonra, təkrar cərrahi müdaxiləyə zərurət yaranır. Bundan başqa, adenoidlərin yenidən residivi riski yaşdan asılıdır - kiçik yaşlı uşaqlarda adenoidlərin  yenidən rastgəlmə tezliyi riski daha yüksəkdir. Bütün hallarda adenotomiya qərarı uşağın valideynləri tərəfindən verilir..
 
Bu gün kvant terapiya müasir sağlamlıq texnologiyası kimi burun-udlaq badamcıqlarının patologiyasızamanı qeyri-operativ müalicə variantlarından biridir. Kvant terapiyası ilə müalicə xəstəliyin residivlərinin əhəmiyyətli dərəcədə (2-3 dəfə) azaltmağa və daha az dərman istifadə etməyə imkan verə bilər Xroniki adenoiditlərin ənənəvi terapiya ilə birlikdə kvant terapiya sının səmərəli istifadəsi tez-tez xəstələnən uşaqların müalicəsində 80%  halda adenotomyadan  imtinaya  imkan verir. Adenoiditlərin müalicəsində homeopatik dərmanlardan istifadəsi uşağın konstitusional xüsusiyyətlərinin nəzərə alınmasına və müalicənin effektivliyinin yüksəlməsinə imkan verir. 
Moskva və Sankt-peterburq klinikalarında 264 xəstə üzərində aparılmış kvant terapiyası proseduralarından sonra 94 % xəstədə yaxşılaşma qeyd olunmuşdur,yalnız 6 % xəstədə effekt alınmadığı müşahidə olunmuşdur.
 
Mirzə Qaraşov "Bioloji Təbabət"klinikası.
Tel:-055-787-71-25


Paylaş:


Müəllif : Baxış :
34932
Tarix:
7-11-2016, 09:35
  






loading...