Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq » Qaynar xəbərlərin tək ünvanı

» » » Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq

Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq

 Yay meyvələrindən hazırlayacağınız bir çox təbii maska ilə dərinizi canlandıra bilərsiniz. Aile.lent.az bir-birindən effektli 4 maska resepti təqdim edir.

 

Çiyələk maskası

 

Çiyələyin dəri üzərində canlandırıcı və pilinq təsiri var. Xüsusən də dərisi quru olanlara məsləhət görülən bu maska dərini dartdığı üçün üzdə ən çox 10 dəqiqə saxlamaq lazımdır. 4 ədəd çiyələyi əzərək 1 yemək qaşığı nəmləndirici kremlə qarışdırın və dərinizə nazik təbəqə halında sürtün. 10 dəqiqə sonra soyuq su ilə yuyun. Ayda 2 dəfə tətbiq etdiyiniz bu maska dərinizə faydalı olacaq.

 

Avokado maskası

 

Yorğun və quru dəriləri nəmləndirəcək və canlandıracaq, həm də yayda günəşlənmənin ardından istifadə edilə biləcək bir maskadır. 1 çay qaşığı avokadonun içini əzib 2 çay qaşığı nəmləndirici kremlə qarışdırın və qalın təbəqə halında dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra yuyun. Həftədə bir dəfə tətbiq edin.

  

Üzüm maskası

 

Bu maska əsasən qarışıq dərisi olanlar üçün uyğundur. Yorğun dəriləri daha canlı göstərir. Üzümü sıxın, 2 qəhvə qaşığı miqdarında suyunu nəmləndirici kremə qatın. Üzünüzə sürtün və 10 dəqiqə saxladıqdan sonra yuyun.

 

Banan maskası

 

Banan qidalandırıcı və tərkibi zəngin bir meyvədir. Xüsusən solğun, quru dərilərdə təbii qidalandırıcıdır. Ləkəsiz və tam yetişmiş bananı əzərək nəmləndirici kremlə qarışdırın və dərinizə sürtün. 15 dəqiqə sonra soyuq su ilə yuyun. Həftədə bir dəfə tətbiq edin.


Paylaş:


Müəllif : Baxış :
61332
Tarix:
26-07-2016, 00:43
  


loading...