Stressi uzaqlaşdırmağın ən gözəl yolu » Qaynar xəbərlərin tək ünvanı

» » » Stressi uzaqlaşdırmağın ən gözəl yolu

Stressi uzaqlaşdırmağın ən gözəl yolu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Stressi uzaqlaşdırmağın ən gözəl yolu

 Bu üsulla siz xoşbəxtlik və rahatlığı eyni anda hiss edə bilərsiniz

Bütün dünya psixoloqları dəfələrlə bu barədə yazıb ki, insanların bir-birini qucaqlayaraq yatması onlar arasında etibarlı və isti münasibətlərin yaranmasına gətirib çıxarır. Bundan əlavə, bu cür yatmağın başqa faydası da müəyyən edilib. 


Pitsburq Universitetindən olan araşdırmaçılar belə bir nəticəyə gəlib ki, sevdiyin insanla qucaqlaşaraq yatmaq insanın qanında olan stress hormonunun - kartizolun səviyyəsini aşağı salır. Belə halda insanlar özlərini təhlükəsizlikdə hiss edirlər. Qeyd etmək vacibdir ki, kartizolun qanda yüksək səviyyədə olması ürək xəstəlikləri, depressiya və immunitetin zəifləməsinə səbəb olur. 


Tədqiqatçılar bu prosesin sevgi hormonunun yaranmasında da böyük rolu olduğunu deyirlər. Qucaqlaşaraq yatmaq sevgi hormonu olan oksitosinin ifrazını artırır, iki insan arasında bağlılığın yaranmasına səbəb olur. Bu hormon həm də sizin immun sisteminizi stimullaşdırır və maddələr mübadilənizi yaxşılaşdırır. 


Xülasə, gecə yatanda sevdiyiniz insanı qucaqlamağı unutmayın. Sevgi təkcə gözəl deyil, həm də olduqca faydalı şeydir. 


Pahoo.az


Paylaş:


Müəllif : Baxış :
81632
Tarix:
22-07-2016, 01:21
  


loading...