Ovu bölə bilmədilər - Dost dostu güllələdi » Qaynar xəbərlərin tək ünvanı

» » » Ovu bölə bilmədilər - Dost dostu güllələdi

Ovu bölə bilmədilər - Dost dostu güllələdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ovu bölə bilmədilər - Dost dostu güllələdi

 

Kürdəmir rayonunun Qarabucaq kəndində silahlı insident yaşanıb.
AyMobi.Com-un Region TV-yə istinadən verdiyi xəbərə görə, Göyçay rayonunun İnçə kənd sakinləri Zaur Cabbarov və Namiq Hacıyev Qarabucaq kəndinə ov etməyə gediblər.

Dostlar ov etdikdən sonra əldə etdikləri qəniməti bölə bilməyiblər. Nəticədə aralarında yaranan mübahisə zamanı Namiq Hacıyev ov tüfəngindən Zaur Cabbarova atəş açıb.

Qarın boşluğundan ağır xəsarət alan Zaur Cabbarov Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 


Paylaş:


Müəllif : Baxış :
50732
Tarix:
29-06-2016, 22:32
  


loading...