Balakən rayon sakinindən narkotik və silah aşkarlandı-VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakən rayon sakinindən narkotik və silah aşkarlandı-VİDEO

Balakən rayon sakinindən narkotik və silah aşkarlandı-VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Balakən rayon sakinindən   narkotik və silah aşkarlandı-VİDEOEkologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu ərazisində narkotik tərkibli bitkilərin aqrotexniki qaydada əkilməsi barədə məlumat daxil olub.

Kanal S (Region TV) xəbər verir ki, məlumat əsasında RPŞ əməkdaşlarının Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında keçirdikləri əməliyyat axtarış tədbirləri əsasında dolayın ərazisində, dörd müxtəlif sahədə küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar olunub. Hal şahidlərinin iştirakı ilə ərazidən hündürlüyü 12 sm-dən 39 sm-ə qədər olmaqla, ümumi sayı 781 ədəd çətənə kolları yığılıb, ərazidən həmçinin qurudulmaq üçün sərilmiş 25,75 qram maruxuana və 10 kq-yə yaxın yaş halda marixuana götürülərək maddi sübut kimi istintaqa təhvil edilib.

Məlum olub ki, qoruq ərazisinə narkotik tərkibli bitki hesab edilən çətənə kollarını rayonun Mahmalar kənd sakini, 1971-ci il təvəllüdlü Arif Tacəddin oğlu Fəxrayev və onun həmkəndlisi 1963-cü il təvəllüdlü Seyfəddin Sədrəddin oğlu Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib. 
Saxlanılanlardan Arif Fəxrayevin ətrafında aparılan əməliyat nəticəsində onun yaşadığı evin hamamından 277 qram qrudulmuş marixuana, yaşadığı evdən isə sənədsiz nömrəsi A 16505 olan 32 çaplı ov tüfəngi və 4 ədəd patron götürülüb.

Saxlanılan Arif Fəxrayev ETS nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisindən keçən hissəsinin 4 saylı dolayında nəzarətçi vəzifəsində işləyir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
 


Paylaş:


Müəllif : Baxış :
290332
Tarix:
7-06-2016, 16:10
  


loading...