Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb

Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıbBalakəndə narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan rayon sakinləri həbs edilib.
 
Balakən rayon Polis Şöbəsindən  verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib.
 
Tədbir nəticəsində rayonun Tülü kənd sakini, 1985-ci il təvəllüdlü Kənan Osman oğlu Orucovun yaşadığı evin həyətyanı sahəsində, qarğıdalı əkilən ərazisinin yaxınlığından hündürlüyü 31 sm-dən 48 sm-ə qədər olan iki ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Elə həmin gün rayonun Qazma kənd sakini, 1973-cü il təvəllüdlü Elman Zahid oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixananın içərisində xüsusi dibçəklərdə əkilmiş, hündürlüyü 60 sm-dən 1m 30 sm-ə qədər olan 9 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar olunub.
 
Hər iki fakt üzrə aşkar edilmiş çətənə kolları maddi sübut kimi istintaqa təhvil verilib. Kənan Orucov və Elman  Şindiyev tutularaq istintaqa təhvil ediliblər.
 
Faktla bağlı araşdırma aparılır. Apa
 

Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb

 

Balakəndə narkotik tərkibli bitki becərən 2 nəfər saxlanılıb


Paylaş:


Müəllif : Baxış :
117132
Tarix:
4-06-2016, 19:26
  


loading...