“Üzərində tapılan silah onun yox, dostunundur” - İcra Hakimiyyəti » Qaynar xəbərlərin tək ünvanı

» » » “Üzərində tapılan silah onun yox, dostunundur” - İcra Hakimiyyəti

“Üzərində tapılan silah onun yox, dostunundur” - İcra Hakimiyyəti


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş “Üzərində tapılan silah onun yox, dostunundur” - İcra HakimiyyətiXəbər verdiyimiz kimi, bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Zaqatalada xüsusi əməliyyat keçirilib.

Yayılan xəbərlərə görə, əməliyyat nəticəsində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Şərif oğlu Kələşov, Ramin Davud oğlu Şabanov, Şamil Cuma oğlu Şıxəmirov və daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərdən silah və narkotik götürülüb.

Aymobi.com-un məlumatına görə, Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmisi Oruc Əlixanov Azvision.az-a açıqlamasında bildirib ki, Məhəmməd Şərif oğlu Kələşov günahsız yerə həbs olunub. İcra Hakimiyyətindən verilən məlumata görə, M.Kələşovun üzərində tapılan silah onun dostuna məxsus olub.

"Məhəmmədin üzərində aşkar edilən silah onun dostuna məxsus olub. Bu hadisədə Məhəmmədin günahı olmayıb. O, dostuna görə, belə hadisə ilə üzləşib. Həmin silah onun deyil. Dostu silahı ona saxlamaq üçün verib. Məhəmməd bilməzdi ki, başına belə hadisə gələcək.

Məhəmməd ziyalı ailənin nümayəndəsidir. Zaqatalada heç kimin ondan narazılığı olmayıb. 32 yaşı olsa da, Məhəmməd işində məsuliyyətli və bacarlıq kadr idi. Təəssüf ki, o, bu hadisəyə görə işdən çıxarılıb”.

Oruc Əlixanovun sözlərinə görə, həbs olunan M.Kələşovun atası Şərif Kələşov Zaqatala Tütün Fermentasiyası zavodunda yüksək vəzifədə çalışıb.

 Paylaş   Tweet   Paylaş

Paylaş:


Müəllif : Baxış :
328832
Tarix:
3-06-2016, 10:00
  


loading...

Oxşar Xəbərlər