Bakıda iki piyadanı maşın vuraraq öldürüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda iki piyadanı maşın vuraraq öldürüb

Bakıda iki piyadanı maşın vuraraq öldürüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda iki piyadanı maşın vuraraq öldürübBakıda piyadaların vurulması ilə nəticənən yol-nəqliyyat hadisələri baş verib.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Rasim Sayad oğlu Xəlilov vurulub.  Nəticədə R.Xəlilov hadisə yerində ölüb.

Analoji hadisə Bakı-Qazax yolunun 34-cü kilometrliyində, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Saatlı rayon sakini 1990-cı il təvəllüdlü Babək Rəhimov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Əzizovu vurub. V.Əzizov hadisə yerində ölüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

apa.az

Paylaş:


Müəllif : Baxış :
40132
Tarix:
28-05-2016, 16:14
  


loading...