Bakıda 47 yaşlı qadın bıçaqlandı » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda 47 yaşlı qadın bıçaqlandı

Bakıda 47 yaşlı qadın bıçaqlandı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Bakıda 47 yaşlı yaşlı qadın bıçaqlanıb.
 
APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
 
Quba rayon sakini, 1969-cu il təvəllüdlü Bahar Məmmədova Azadlıq prospektində bıçaqlanıb. Qadının səsinə gələn ətrafdakılar onun qan içində olduğunu görüblər. Onlar təcili tibbi yardım briqadası çağırıblar və qadın xəstəxanaya çatdırılıb. Həkimlər Bahar Məmmədovanın döş nahiyəsində bıçaq xəsarəti aşkarlayıblar.
 
Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 47 yaçlı qadını küçənin ortasında bıçaqlayan şəxsin axtarışlarına başlanılıb.

Paylaş:


Müəllif : Baxış :
52032
Tarix:
19-05-2016, 08:13
  


loading...