Axundu lüt şəkillərlə şantaj ediblər » Qaynar xəbərlərin tək ünvanı

» » » Axundu lüt şəkillərlə şantaj ediblər

Axundu lüt şəkillərlə şantaj ediblər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Axundu lüt şəkillərlə şantaj ediblərMasallı rayonunda qəribə dələduzluq faktı qeydə alınıb.
 
Rayonun Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Cəlilabad rayon sakini Aytən Şahbazova axundluqla məşğul olan rayon sakini 1939-cu il təvəllüdlü Əlihəsən Hüseynovu onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul istəyib. Maraqlı məqam isə ondan ibarətdir ki, 77 yaşlı kişi qadının dedikləri ilə razılaşaraq həmin pulu ona verib. Daha sonra isə polisə bu barədə məlumat verib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynovdan 1400 manatı alan Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Polis idarəsindən bildirdilər ki, Aytən Şahbazova axunda deyib ki, montaj vasitəsilə onun çılpaq şəkillərini hazırlayacaq və bu şəkilləri ictimaiyyətə yayacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:


Müəllif : Baxış :
38932
Tarix:
17-05-2016, 19:33
  


loading...