Uşağın cinayəti hər kəsi mat qoydu » Qaynar xəbərlərin tək ünvanı

» » » Uşağın cinayəti hər kəsi mat qoydu

Uşağın cinayəti hər kəsi mat qoydu


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Uşağın cinayəti hər kəsi mat qoyduBakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları iki oğurluq hadisəsinin üstünü açıblar.

Aymobi.com Musavat.com-a istinadən bildirir ki, oğurluqların Bakıya qonaq gələn azyaşlı tərəfindən törədildiyi müəyyən edilib. 

Rayon Polis İdarəsinə iki mənzilin qarət olunması barədə məlumat daxil olub. Qısa zaman kəsiyində rayon polis idarəsinin əməliyyatçıları cinayətin üstünü açıblar. İstintaqın gedişində məlum olub ki, mənzillərdən birindən qızıl-zinət əşyaları, digərindən isə pul aparılıb. Əməliyyatçılar oğurlanan qızıl-zinət əşyalarının qızıl alveri ilə məşğul olan dükanlardan birinə satıldığını müəyyən ediblər. 

Qızılı satan 21 yaşlı xanım şəxsiyyət vəsiqəsini təqdim etdiyindən, onun kimliyini müəyyənləşdirmək çətin olmayıb. Saxlanılaraq polis şöbəsinə gətirilən xanım idarədə  iki gün əvvəl qızıl dükanına sırğa təhvil verdiyini gizlətməyib. Xanım polislərə bildirib ki, qaynı ailəsi ilə birlikdə toy mərasimində iştirak etmək üçün rayondan Bakıya gəlib. 

Toydan sonra qaynının 13 yaşlı oğlu bir neçə gün əmisinin evində qalmaq istədiyini bildirib. Valideynlər uşağı Bakıda qoyaraq, qayıdıblar. Səhəri gün 13 yaşlı yeniyetmə əmisi arvadı İ.X.-ya yaxınlaşaraq, rayondan qızıl sırğa tapdığını deyib. Daha sonra isə tapdığı sırğaları  satmaqda ondan  kömək istəyib.

Paylaş:


Müəllif : Baxış :
55332
Tarix:
25-04-2016, 14:26
  






loading...