Balakən sakinindən güllə və narkotik tapıldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakən sakinindən güllə və narkotik tapıldı

Balakən sakinindən güllə və narkotik tapıldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Balakən sakinindən güllə və narkotik tapıldıBalakən rayon sakinin evindən odlu silahın külli miqdarda gülləsi, narkotik tərkibli bitkinin şitilləri və narkotik vasitə götürülüb.
 
"Aymobi.com”un APA-ya istinadən verdiyi məlumata görə,  Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
 
RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Püştətala kənd sakini, 1985-ci il təvəllüdlü Məmməd Abdurəhman oğlu Emçiyevin yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə Məmməd Emçiyevin yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində aqrotexniki qaydada əkilib və xüsusi qulluq edilən ümumilikdə 487 ədəd narkotik bitki hesab olunan çətənə kolları şitilləri, yaşadığı evdən isə 2 kq 715 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və TOZ-8 odlu silahının 46 ədəd gülləsi aşkar edilərək götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.
 
Məmməd Emçiyev tutulub.
 
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Paylaş:


Müəllif : Baxış :
123232
Tarix:
5-04-2016, 10:09
  


loading...