Somalidə Azərbaycan vətəndaşı öldürüldü » Qaynar xəbərlərin tək ünvanı

» » » Somalidə Azərbaycan vətəndaşı öldürüldü

Somalidə Azərbaycan vətəndaşı öldürüldü


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Somalidə Azərbaycan vətəndaşı öldürüldüXİN məsələyə münasibət bildirib.
Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı Türkiyə, Azərbaycan və Somali vətəndaşları həlak olub.

Bu barədə Türkiyə XİN-nin yaydığı məlumatda qeyd olunur.

"Biz bu terror aktını kəskin pisləyirik. Yaralı Türkiyə vətəndaşları ölkəmizin Somalidəki səfirliyinin nəzarəti altındadır. Həlak olanların yaxınları və doğmalarına başsağlığı veririk”.

Məsələ ilə bağlı "Aymobi.com”un oxu.az-a istinadən verdiyi məlumata görə,Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Ankaradakı Səfirliyi həlak olan vətəndaşımızın kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyənin Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır.

"Biz də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını daşıyan avtomobilə hücum nəticəsində həlak olan və yaralananlar var.

Moqadişo polisinin məlumatına görə, naməlum şəxslər Türkiyə, Azərbaycan və Somali vətəndaşlarının olduğu avtobusa hücum ediblər. Nəticədə bir Türkiyə, bir Azərbaycan və bir Somali vətəndaşı həlak olub.

Paylaş:


Müəllif : Baxış :
36732
Tarix:
31-03-2016, 06:40
  


loading...

Oxşar Xəbərlər