Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub

Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olubBalakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxsin kimliyi açıqlanıb.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayevin rayonun Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlandığı məlum olub. X. Qarayeva şübhəli şəxs qismində saxlanılıb və hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında  Xədicə Qarayevanın yaşadığı evə girib və onun atası Nəsib Qarayev ilə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.
 
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
 
\\APA\\

Paylaş:


Müəllif : Baxış :
88232
Tarix:
12-03-2016, 19:40
  


loading...