Qara kəmər ustasının qatilinə verilən cəzadan şikayət » Qaynar xəbərlərin tək ünvanı

» » » Qara kəmər ustasının qatilinə verilən cəzadan şikayət

Qara kəmər ustasının qatilinə verilən cəzadan şikayət


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Qara kəmər ustasının qatilinə verilən cəzadan şikayət2014-cü ilin sentyabrın 5-də qaynı Ürfan Rzayev tərəfindən amansızcasına qətlə yetirilən Kamal Rüstəmovun atası Əli Rüstəmov növbəti dəfə Moderator.az-a üz tutaraq etirazının ölkənin ali məhkəmə instansiyalarının, hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılmasında yardımçı olmağımızı xahiş edib.
 
Əli Rüstəmov bildirir ki, övladını qətlə yetirən qatil barədə fevralın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində çıxarılan 10 illik azadlıqdan məhrumetmə cəzası törədilən cinayətə adekvat deyil. Əli Rüstəmov bir daha isrrarla bildirir ki, karate üzrə qara kəmər ustası olan övladını onun qaynı təkbaşına öldürə bilməzdi və qatilin ən azı iki köməkçiksi olub. Hadisə yerində müztəlif qan nümunələrinin olması barədə ekspertizanın rəyini bir daha diqqətə çatdıran Ə. Rüstəmov bu hökmlə heç cür razılaşmayacaqlarını, apellyasiya şikayəti verəcəklərini və oğlunun qatillərinin hamısı məsuliyyətə cəlb edilərək haqq etdikləri cəzanı alanadək gücü daxilində mübarizə aparmaqda davam edəcəyini bildirir.
Xatırladaq ki, fevralın 22-də Ürfan Rzayevə dövlət ittihamçısı törətdiyi ağır cinayətə görə 14 il cəza istəsə də hakim Elbəy Allahverdiyev qatilə 10 il verməklə kifayətlənib. Halbuki törədilən cinayətin ağırlığına görə həmin maddədə nəzərdə tutlan 7 ildən 14 ilədək cəzanın dörddə üçündən az cəza verilməməliydi. Ancaq hakim görünür qatilə qarşı hədsiz humanizm nümayiş etdirmək qərarına gəlib və qətlə yetirilən Kamal Rüstəmovun ruhunun narahatlığını, yeganə oğullarını itirtmiş valideynlərinin fəryadını nəzərə almağı lazım bilməyib. 


Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin adı Azərbaycan oxucusuna yaxşı tanışdır və bir müddət öncə onun oğlu Rüfət Allahverdiyevin krallara layiq həyat tərzi sürməsiylə bağlı mətbuatda çoxsaylı materiallar getmişdi. Təkcə Google axtarış şəbəkəsində Elbəy Allahverdiyevin ad-soyadını yazmaq kifayətdir ki, onunla bağlı mətbuatda gedən informasiyalarla tanış olmaq mümkün olsun. Bu heç də hakimi qaralamaq niyyəti daşıyan xatırlatma deyil, əksinə, cəmiyyətdə mənfi reputasiya qazanan bir şəxsin ədalətli hökm çıxarmaqla iddiaların yanlış olduğunu, onun üçün qanunun şah olduğunu isbatlamaq üçün əlinə düşmüş fürsəti dəyərləndirə bilməməsi təəssüf doğurur. 

Paylaş:


Müəllif : Baxış :
9832
Tarix:
25-02-2016, 10:53
  






loading...