Gürcüstandan 127 mobil telefon gətirən şəxs saxlanıldı - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » Gürcüstandan 127 mobil telefon gətirən şəxs saxlanıldı - FOTO

Gürcüstandan 127 mobil telefon gətirən şəxs saxlanıldı - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Gürcüstandan 127 mobil telefon gətirən şəxs saxlanıldı  - FOTO
 
 
Azərbaycanın gömrükçüləri qaçaqmalçılığın qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı, Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun etibarnamə ilə idarə etdiyi "Mercedes Benz E240” markalı 99-DM-819 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılmışdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
 
Gürcüstandan 127 mobil telefon gətirən şəxs saxlanıldı  - FOTO





Paylaş:


Müəllif : Baxış :
27632
Tarix:
3-06-2015, 12:15
  






loading...