Prokurorluqdan babanın nəvəsini öldürməsi ilə bağlı məlumat » Qaynar xəbərlərin tək ünvanı

» » » Prokurorluqdan babanın nəvəsini öldürməsi ilə bağlı məlumat

Prokurorluqdan babanın nəvəsini öldürməsi ilə bağlı məlumat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Prokurorluqdan babanın nəvəsini öldürməsi ilə bağlı məlumatFevralın 7-də Mübariz Məmmədov Binəqədi rayon prokurorluğuna müraciət edərək, 1997-ci il təvəllüdlü oğlu Tural Bayramovun naməlum şəxs və ya şəxslər tərəfindən öldürülərək Ağdam rayonunun Çəmənli kəndində dəfn edildiyini bildirib. 

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun babası Rakif Bayramov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq (eksqumasiya) ekspertizaya təqdim edilib.

R.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə, zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:


Müəllif : Baxış :
33132
Tarix:
10-02-2016, 15:54
  


loading...