Ana və oğlunu evində öldürdülər - Bakıda dəhşətli qətl » Qaynar xəbərlərin tək ünvanı

» » » Ana və oğlunu evində öldürdülər - Bakıda dəhşətli qətl

Ana və oğlunu evində öldürdülər - Bakıda dəhşətli qətl


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Ana və oğlunu evində öldürdülər - Bakıda dəhşətli qətlBakıda mənzildən iki meyit tapılıb. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, mənzilin qapısını açıblar. Mənzildən hər iki şəxsin cəsədi aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.

***

Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Molla Cümə küçəsi ev 4, mənzil 8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib. Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.

Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Paylaş:


Müəllif : Baxış :
20032
Tarix:
19-01-2016, 06:39
  






loading...