Balakəndə narkotik tərkibli bitki becərən şəxs həbs edilib » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə narkotik tərkibli bitki becərən şəxs həbs edilib

Balakəndə narkotik tərkibli bitki becərən şəxs həbs edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakəndə narkotik tərkibli bitki becərən şəxs həbs edilib

 Balakəndə narkotik tərkibli bitkiləri becərən keçmiş məhkum həbs edilib.

 

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Tədbir nəticəsində rayonun Qazma kənd sakini, 1965-ci il təvəllüdlü Adil Şamil oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları, həmçinin həyatyanı sahədə qurudulmaq üçün sərilmiş 17 kq 260 qram marixuana aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq Adil Şindiyevin yaşadığı evdən 36 qram qrudulmuş marixuana götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.

 

Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Məlumatda bildirilir ki, Adil Şindiyev əvvəllər ölümə qəsdə və narkotik tərkibli bitkilərin əkib becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
26832
Tarix:
20-06-2017, 13:12
  






loading...

Oxşar Xəbərlər