Balakən sakinindən 17 kq narkotik götürülüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakən sakinindən 17 kq narkotik götürülüb

Balakən sakinindən 17 kq narkotik götürülüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Balakən sakinindən 17 kq narkotik götürülüb

 Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında iyunun 16-da Balakən Rayon Polis Şöbəsi əməkdaşlarından ibarət əməliyyat qrupu Qazma kənd sakini Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Bu zaman oradakı mal-qara saxlanılan tövlənin yanında 17 ədəd, tövlənin arxa hissəsindəki istixananın yanında 9 ədəd olmaqla ümumilikdə 30 ədəd çətənə kolu, həmçinin həyətdəki yardımçı tikilidə satış məqsədilə gizlədib saxladığı, ümumi çəkisi 17,3 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

 

Həmin şəxsin yaşadığı evə baxış keçirilərkən isə oradakı dolabın üzərindəki 2 ədəd dəmir qabda ümumi çəkisi 36,22 qram olan qurudulmuş marixuana da aşkar edilib.

 

Qeyd olunub ki, bu şəxs əvvəllər də qəsdən sağlamlığa ağır zərərvurmaya və qanunsuz narkotik tərkibli bitkilərin əkib-becərilməsinə görə iki dəfə məhkum olunub.

 

 

A.Şindiyev cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub, Balakən RPŞ-də fakta görə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3 -cü maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Baxış :
75632
Tarix:
20-06-2017, 13:09
  


loading...

Oxşar Xəbərlər