Maşın 11 yaşlı uşağı vurub komaya saldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Maşın 11 yaşlı uşağı vurub komaya saldı

Maşın 11 yaşlı uşağı vurub komaya saldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

 Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 


Rayonun Qarazəncir  kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Müseyibovu yoldan ötən avtomobil vurub. Azyaşlı uşaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilk tibbi yardım göstərilib. 


Beyninə qan sızdığından E.Müseyibov tomoqrafiya olunması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata görə, hazırda  uşaq koma vəziyyətindədir.

 

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Baxış :
52632
Tarix:
30-04-2017, 11:52
  


loading...