Bakıda avtomobil piyadanı vuraraq öldürüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

 Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə paytaxtın Xətai rayonu ərazisində, Nobel prospektində baş verib. Piyada keçidinin olmadığı ərazidə yolu keçən gənci "Mercedes” markalı avtomobil vurub. Zərbənin gücündən piyada yan tərəfdə hərəkət edən digər "Mercedes”in alın şüşəsinə çırpılıb və nəticədə dünyasını dəyişib.

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Məlum olub ki, dünyasını dəyişən piyada Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Mahmudzadə Elsevər Nazim oğludur. 23 yaşlı gənc Tovuzdan Bakıya gəlib və tikintilərdən birində fəhləliklə məşğul olub. Elsevər Mahmudzadə Nobel prospektində qohumları ilə birlikdə kirayədə yaşayırmış. O, martın 8-i saat 21 radələrində işdən çıxıb evə gedərkən yol qəzası baş verib.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. 

 

Bakıda avtomobil piyadanı vuraraq öldürüb



Paylaş:


Müəllif : Baxış :
56232
Tarix:
8-03-2017, 23:18
  


loading...