Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş » Qaynar xəbərlərin tək ünvanı

» » » Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş

Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dəm qazından öldüyü bildirilən iki bacı qətlə yetirilibmiş

 Gəncədə dəm qazından öldüyü bildirilən iki bacının qətlə yetirlidiyi məlum olub


Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.


Hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib. 


Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının - 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.


Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib. 


İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədilib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.


Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir. (Report)


Paylaş:


Müəllif : Baxış :
50632
Tarix:
23-02-2017, 18:24
  






loading...