Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü - Video » Qaynar xəbərlərin tək ünvanı

reklam
» » » Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü - Video

Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü - Video


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Kürdəmirdə ova çıxan şəxs faciəvi şəkildə öldü - Video

 Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.


AyMobi.Com ARB TV-yə istinadən xəbər verir ki, hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.


Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.


Anarın atası Şirməmməd Xəlilov hadisə haqda danışıb: "Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub…”


Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.


Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.


Hadisəni törətməkdə şüphəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

 


Paylaş:


Müəllif : Baxış :
59432
Tarix:
14-12-2016, 21:57
  


loading...




loading...