Bakıda qızın görüşünə gedən gənc öldürüldü - Metronun qarşısında » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda qızın görüşünə gedən gənc öldürüldü - Metronun qarşısında

Bakıda qızın görüşünə gedən gənc öldürüldü - Metronun qarşısında

Bakıda qızın görüşünə gedən gənc öldürüldü - Metronun qarşısında

 Bakıda qətl törədilib.


AyMobi.Com-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi” stansiyasının qarşısında qeydə alınıb.


1995-ci il təvəllüdlü Ələkbər Vahid oğlu Muxtarov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.


İlkin məlumata görə, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onlar metronun "Memar Əcəmi” stansiyasının qarşısına görüş təyin ediblər. Görüş yerinə gələn Ə. Muxtarov orada naməlum şəxs tərəfindən bıçaqlanıb.


Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


Paylaş:


Müəllif : Baxış :
43132
Tarix:
14-12-2016, 21:38
  


loading...