DİN-dən “qara bazar” əməliyyatı - 8 nəfər saxlanılıb » Qaynar xəbərlərin tək ünvanı

» » » DİN-dən “qara bazar” əməliyyatı - 8 nəfər saxlanılıb

DİN-dən “qara bazar” əməliyyatı - 8 nəfər saxlanılıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

DİN-dən “qara bazar” əməliyyatı - 8 nəfər saxlanılıb

 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirilib.


Qafqazinfo.az xəbər verir ki, nəticədə həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar. Onların üzərlərinə baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.


Elə həmin gün Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.


Tədbirlərin davamı olaraq bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakini İsmayıl Balayev də saxlanılıb.


Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.


Paylaş:


Müəllif : Baxış :
15932
Tarix:
14-12-2016, 12:50
  






loading...