Bakıda iş axtaran qadını döyərək təcavüz etdilər » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda iş axtaran qadını döyərək təcavüz etdilər

Bakıda iş axtaran qadını döyərək təcavüz etdilər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda iş axtaran qadını döyərək təcavüz etdilər

 Zorlamada təqsirli bilinən Şabran rayon sakini, 1981-ci il təvəllüdlü Rövşən Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rövşən Əliməmmədov ictimai iaşə obyektində münasib iş axtaran Sevda Babayevanın (ad və soyad şərtidir) mobil nömrəsini əldə edərək əlaqə yaradıb və kafeyə təcili qabyuyan tələb olunduğunu bildirib.

O, 2014-cü ilin yanvarın 16-da, təxminən saat 17.00-da qabyuyan kimi işə düzəltmək adı ilə aldadaraq Sevda Babayevanı özünün gözətçi işlədiyi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən restorana çağırıb. Rövşən Əliməmmədov restoranın yaxınlığında Sevda Babayevanı qarşılayıb və həmin restorana gətirib. O, guya işin şərtlərini razılaşdırmaq üçün Sevda Babayevanı gözətçi otağına dəvət edib. Rövşən Əliməmmədov orada tək spirtli içki qəbul edib, sonra Sevda Babayevaya onunla cinsi əlaqədə olmağı təklif edib. 


Amma Sevda Babayeva onun təklifinə etirazını bildirib. Bu zaman Rövşən Əliməmmədov gözətçi otağının qapısını içəridən bağlayıb və kafenin mətbəxindən götürdüyü bıçaqla Sevda Babayevanı hədələyib. Rövşən Əliməmmədov cinsi əlaqədə olmaq barədə tələbi ilə razı olmayacağı təqdirdə Sevda Babayevanı öldürəcəyini bildirib.


Sonra Rövşən Əliməmmədov Sevda Babayevaya qarşı zor tətbiq edib, cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək üçün saçından tutaraq dartıb. O, kafenin həyətindən götürdüyü "bel” sapı ilə Sevda Babayevanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.


Rövşən Əliməmmədov bu hərəkətləri ilə Sevda Babayevaya çoxsaylı bədən xəsarətləri yetirib və daha sonra müqavimətini sındıraraq, onunla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Sevda Babayeva hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Rövşən Əliməmmədov həbs edilib.


Rövşən Əliməmmədov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliməmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rövşən Əliməmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, yeni ədalətli hökm çıxarılmasını istəsə də, şikayəti təmin edilməyib.

Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb. 


teleqraf.com


Paylaş:


Müəllif : Baxış :
26432
Tarix:
13-11-2016, 22:15
  






loading...

Oxşar Xəbərlər