Narkotik əməliyyatı-Balakən » Qaynar xəbərlərin tək ünvanı

» » » Narkotik əməliyyatı-Balakən

Narkotik əməliyyatı-Balakən


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Narkotik əməliyyatı-Balakən

 İyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib.

AyMobi.Com DİN-in saytına istinadən xəbər verir ki, əməliyyat nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.


Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi "Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.


K.Məmmədov tutulmuş və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.


Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.Qafqazinfo\\


Paylaş:


Müəllif : Baxış :
167632
Tarix:
18-07-2016, 15:34
  


loading...