Aparıcıya işlədiyi kanalda vəzifə verildi » Qaynar xəbərlərin tək ünvanı

» » » Aparıcıya işlədiyi kanalda vəzifə verildi

Aparıcıya işlədiyi kanalda vəzifə verildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Aparıcıya işlədiyi kanalda vəzifə verildiLider TV-nin aparıcısı Lamiyə Ələkbərqızına 10 ildir çalışdığı media şirkətdə vəzifə verilib.

Aymobi.com primetime.az-a istinadən xəbər verir ki, o, telekanalın icraçı direktorun birinci müavini təyin olunub.

Lamiyə Ələkbərqızı bildirib ki, sentyabrda Lider TV-də aparıcılıq etməyinin tam 10 ili tamam olacaq:

"Rəhbərliyimizin mənə göstərdiyi bu etimad, üzərimdə hiss etdiyim məsuliyyəti daha da artırır. İlk olaraq sizinlə bölüşdüyüm bu xoş hadisəni heç bir sözlə izah edə bilmərəm. Telekanallar arasında lider olan efirimizdə tamaşaçı marağına səbəb olacaq layihələrimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Lamiyə Ələkbərqızı fəaliyyətə 21 il öncə AzTV-dən başlayıb. 11 il dövlət kanalında çalışan aparıcı, hal-hazırda Lider TV-də həftə içi 5 gün yayımlanan "Həyat tərzi” verilişinin layihə rəhbəri və aparıcısıdır.

Paylaş:


Müəllif : Baxış :
32932
Tarix:
3-06-2016, 09:49
  






loading...