“Şirkət satılandan sonra pulu qaytarılacaq...” - Kamran-Samir qalmaqalı » Qaynar xəbərlərin tək ünvanı

» » » “Şirkət satılandan sonra pulu qaytarılacaq...” - Kamran-Samir qalmaqalı

“Şirkət satılandan sonra pulu qaytarılacaq...” - Kamran-Samir qalmaqalı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş “Şirkət satılandan sonra pulu qaytarılacaq...” - Kamran-Samir qalmaqalıTeleaparıcı Kamran Həsənli müğənni Samir Piriyevlə bağlı məhkəmə prosesinə aydınlıq gətirmək üçün media nümayəndələri ilə görüş keçirib.

"Aymobi.com”un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mətbuat konfransını teleaparıcının vəkili Türkel Hüseynov açıb.

Vəkil bildirib ki, hərracda şirkət satılandan sonra hissədarların pulu qaytarılacaq:

"Müğənni Samir Piriyev şikayət ərizəsində yazıb ki, Kamran guya onu aldadıb, pul alıb. Kamran yanacaq doldurma məntəqəsinə 300 min avro, Samir isə 115 min pul verib. Onun da 35 mini qaytarılıb. Samir Kamranı çox bezdirib, bu səbəbdən aparıcı maşınını ona verib, müğənni də maşını 20 min dollara hesablayıb. O, obyektin sahibi Erhan bəydən 15 min alıb. Obyekt olmasaydı, Kamran dələduzluqda ittiham oluna bilərdi. Ancaq Samirə bir neçə dəfə deyilib ki, şirkətə bank əl qoyub. Hərracda şirkət satılandan sonra hissədarların pulu qaytarılacaq".

Qalmaqalda adı hallanan müğənni Qismət Məmmədzadə də məsələyə münasibət bildirib.

Müğənni ölkə xaricində olduğu üçün video şəklində açıqlama verib:

"Mən də şirkətin səhmdarlarından biriyəm. Bu işdə Kamran günahkar deyil. O da bizim kimi obyektə pul qoyub. Mənə Samir dəfələrlə müraciət edib ki, Kamrandan pulumuzu tələb edək, o da evini satıb bizə versin. Amma mənim Kamrandan heç bir tələbim yoxdur. Ümid edirəm ki, bu məsələ ədalətli şəkildə həll olunacaq”.

Teleaparıcı Kamran Həsənli bildirib ki, məsələni bu qədər şişirdib şouya çevirmək lazım deyildi:

"İndi Azərbaycan xalqının vəziyyəti çətindir, onlara bizim davamız maraqlı deyil. Bu məsələni bu qədər şişirdib şouya çevirmək lazım deyildi. Məsələ istintaqda araşdırılır. Mən heç vaxt deməmişəm ki, evimi satıb Samirə verəcəyəm. Demişəm ki, evim plana düşəcək, mən də sənə o puldan verəcəyəm. Yalandan deyib ki, Kamran mənə obyekt fotoları göstərdi. Türkiyənin Antalya və Alanya şəhərləri arasında yanacaq doldurma məntəqəsinə pul qoyacağımızı dedi, amma sonra gedib obyektin olmadığını gördüm”.

Paylaş:


Müəllif : Baxış :
40132
Tarix:
4-04-2016, 10:40
  


loading...

Oxşar Xəbərlər