MTRŞ-nın səlahiyyəti genişləndirildi » Qaynar xəbərlərin tək ünvanı

» » » MTRŞ-nın səlahiyyəti genişləndirildi

MTRŞ-nın səlahiyyəti genişləndirildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

MTRŞ-nın səlahiyyəti genişləndirildi

 Milli Məclisdə "Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq. 


Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.


Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır.

"Əvvəllər televiziya və radio açmaq istəyən İqtisadiyyat Nazirliyinə müraciət edərək və Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəyini alaraq bu işi həyata keçirirdi. Artıq bundan sonra bu prosedurlarda MTRŞ-nın səlahiyyətləri genişlənir və bütövləşir”. Deputat bildirib ki, teleradio sahəsi dövlətin strateji və mühüm sahəsidir:


 "Televiziya sahəsi çox mühüm və strateji sahədir. Ona görə də həyata keçirilən bu dəyişiklik də mühümdür. Əvvəlki qanundan fərqli olaraq artıq burada televiziya və radio yayımın ümumi hissəsindən fərqli olaraq dövlət təhlükəsizliyinin tərkib hissəsi olur. Bugünkü dövrdə dəyişiklik çox düzgün və ədalətlidir. Bundan sonra televiziyalar və radiolar dövlət təhlükəsizliyi siyasətinin tərkib hissəsi olur”-deyə Əflatun Amaşov bildirib. 

 

Bizimyol.info\\


Paylaş:


Müəllif : Baxış :
53132
Tarix:
11-11-2016, 15:23
  


loading...