ANS ÇM-in müvəqqəti yayımına icazə verilmədi » Qaynar xəbərlərin tək ünvanı

» » » ANS ÇM-in müvəqqəti yayımına icazə verilmədi

ANS ÇM-in müvəqqəti yayımına icazə verilmədi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ANS ÇM-in müvəqqəti yayımına icazə verilmədi

 Məhkəmə şirkətin iddiasını təmin etmədi

Dünən 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib. Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə MTRŞ-nın nümayəndəsi Nemət Cavadov ANS-in iddiasına etiraz etdiklərini bildirib. Onun sözlərinə, MTRŞ ANS-ə bir il ərzində 26 dəfə sanksiya tətbiq edib: "Buna görə də radionun fəaliyyətinə xitam verilib". ANS-in nümayəndəsi Sevda Məhərrəmova isə vurğulayıb ki, qanuna əsasən, lisenziyanı İqtisadiyyat Nazirliyi verir. 


S.Məhərrəmova məhkəmədən xahiş edib ki, ötən proseslərdə qaldırdıqları vəsatələrə yenidən baxılsın. Qeyd edək ki, vəsatətdə müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi (məhkəmənin nəticəsi məlum olana qədər radionun yayımının bərpası) istənilirdi. Məhkəmə ANS-in vəsatətlərinə yenidən baxsa da onları təmin etməyib. Daha sonra hakimlər kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra açıqlanan qərara əsasən, ANS-in iddiası və ərizəsi təmin edilməyib. 

Qeyd edək ki, "ANS ÇM” iddiasında MTRŞ-nın lisenziyanın ləğvi barədə qərarının qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat tələb edir. Telekanalla bağlı iddiada isə qərarın ləğvi ilə yanaşı, şirkətə dəymiş 4 milyon 317 min maddi ziyan, 355 min əldən çıxmış fayda, 1 milyon da mənəvi ziyanın ödənilməsi tələb olunurdu. Bu iddia sentyabrın 2-də keçirilən prosesdə təmin olunmadı. MTRŞ ANS-in lisenziyasının ləğvi üçün müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi. 


Rəşad VAQİFOĞLU/Bizimyol.info


Paylaş:


Müəllif : Baxış :
45132
Tarix:
9-09-2016, 23:01
  


loading...