ANS-lə bağlı açıqlama » Qaynar xəbərlərin tək ünvanı

» » » ANS-lə bağlı açıqlama

ANS-lə bağlı açıqlama


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ANS-lə bağlı açıqlama

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.


APA bildirir ki, N.Məhərrəmli deyib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

 

N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

 

ANS TV-nin tezliyinin "Günəş" TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: "Hazırda "Günəş" TV öz tezliyində yayımlanır, digər tərəfdən "Günəş" TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin "Günəş" TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər".

 

N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.


Paylaş:


Müəllif : Baxış :
52632
Tarix:
31-08-2016, 19:31
  


loading...