ANS Ali Məhkəməyə müraciət etdi » Qaynar xəbərlərin tək ünvanı

» » » ANS Ali Məhkəməyə müraciət etdi

ANS Ali Məhkəməyə müraciət etdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ANS Ali Məhkəməyə müraciət etdi

 ANS Şirkətlər Qrupu Bakı Apellyasiya Məhkəməsinin ANS telekanalının lisenziyasının ləğv olunması ilə bağlı qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə Bizimyol.info saytına ANS Şirkətlər Qrupunun Hüquq Xidmətinin rəisi Sevda Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarından kassasiya şikayəti bu gün Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilib.  Məhkəmə prosesinin vaxtı isə hələlik məlum deyil.


ANS-in bağlanmasına səbəb telekanal əməkdaşının Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibə götürməsi olub. 


"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.


18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib. Qurumun açıqlamasında vurğulanır ki, 29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə müraciətə baxılıb və təmin edilib. Bizimyol.info\\


Paylaş:


Müəllif : Baxış :
63432
Tarix:
1-08-2016, 18:02
  


loading...