Bakının mərkəzində yol polisi qaydaları pozdu - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakının mərkəzində yol polisi qaydaları pozdu - VİDEO

Bakının mərkəzində yol polisi qaydaları pozdu - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakının mərkəzində yol polisi qaydaları pozdu - VİDEO

 

Bakıda dövlət yol polisi (DYP) əməkdaşı xidmət zamanı kobud qayda pozuntusuna yol verib. 

Avtosfer.az xəbər verir ki, "99 YP 363” dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan polis əməkdaşı heç bir zərurət olmadan İnşaatçılar prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Bununla bağlı görüntülər lentə alınıb. Videoya baxanda məlum olur ki, DYP əməkdaşı heç bir təhlükəsizlik qaydasına əməl etmədən əks istiqamətli yola çıxır.

O, düzünə hərəkət edən avtomobillərin qarşısına çıxaraq geriyə dönür. Bu zaman o, heç bir işarə vermir.

Onu da bildirək görüntülərdə DYP əməkdaşı, xüsusi səs siqnallarından və sayrışan işıqlardan da istifadə etmir.
 


Paylaş:


Müəllif : Baxış :
64132
Tarix:
28-06-2016, 17:39
  


loading...