Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib » Qaynar xəbərlərin tək ünvanı

» » » Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib

Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Biləsuvar Gömrük İdarəsinin  Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Chery A15” markalı minik avtomobilində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətiriləcəyi barədə əməliyyat məlumat daxil olub. Aymobi.com-un Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, idarənin "Qoşa Təpə” gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Chery A15” markalı avtomobilə "Sem” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
 
Baxış zamanı xidməti it avtomobilin salonunda ön panelin orta hissəsinə reaksiya verib. Beləcə, avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusu  sökülərək oraya  baxış keçirilib və qurğunun üst tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 9 ədəd şəffaf selofanlı bükümlərdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 709 qram olan  narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib

 

Gömrükçülər İrandan gətirilən narkotik vasitəni aşkar edib

 


Paylaş:


Müəllif : Baxış :
28432
Tarix:
17-05-2016, 12:17
  






loading...