Laçın təhsil şöbəsinin müdirindən daha bir şikayət » Qaynar xəbərlərin tək ünvanı

» » » Laçın təhsil şöbəsinin müdirindən daha bir şikayət

Laçın təhsil şöbəsinin müdirindən daha bir şikayət


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Laçın təhsil şöbəsinin müdirindən daha bir şikayət"Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev rəhbərlik etdiyi qurumu bazara çevirib. Korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb”.

Aymobi.com saytına "Qafqazinfo” xəbər verir ki, bu sözləri rayon sakini Baxşeyiş Xudayarov redaksiyamıza şikayətində bildirib. Onun sözlərinə görə, müdir rayonun maliyyə şöbəsi ilə əlbir olub məktəblərdə olan texniki və pisxoloq ştatlarını məktəb direktorları vasitəsilə satırlar.Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır:

"M. Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını direktorların qohum müəllimlərinin adına yazmaqla pulu mənimsəyir. Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Vərəm, şəkərli diyabet və hepatit C xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir, əvəzində aylıq hesab alır. 
Qohumu Fizuli İbadov rayonun 13 saylı məktəbinin direktorudur və 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanın adına dərs saatı yazdıraraq, əmək haqqısını mənimsəyib”.

Şikayətçi təhsil şöbəsinin müdirinin ümümtəsil məktəblərinin cari və əsaslı təmiri, məktəblərinin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100 min manat vəsaiti saxta sənədlərlə mənimsədiyini iddia edib: "Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları da Malik Vəliyevin rəhbərliyi altında satılır. Onun təhsil şöbəsində yol verdiyi korrupsiya faktları saymaqla bitməz. Rayon sakinləri Təhsil naziri Mikayıl Cabbarova dəfələrlə müraciət ünvanlayıb. Ancaq bu şəxs barədə hələ də bir tədbir görülmür. Bu səbəbdən indi media vasitəsilə ölkə prezidentinə səslənirik. İnanırıq ki, məsələnin araşdırılması üçün aidiyyatı orqanlara lazımı göstərişlər veriləcək. Bundan başqa, prezidentə və dövlət orqanlarına korrupsiya faktları barədə etdiyim müracətlərə görə Malik Vəliyev məni və ailə üzvlərmi hədələyir. Xahiş edirik, təhlükəsizliyimiz təmin olusun”.

Təhsil Nazirliyinə bununla bağlı sorğu göndərilib. Qurumdan məsələnin araşdırıldığı bildirilib.

Qeyd edək ki, Malik Vəliyevlə bağlı əvvəllər də mətbuat orqanlarında müxtəlif şikayətlər dərc olunub.

Günel Hacı


Paylaş:


Müəllif : Baxış :
46532
Tarix:
11-02-2016, 17:28
  


loading...