Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda » Qaynar xəbərlərin tək ünvanı

» » » Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

 Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.


Bu barədə  Qafqazinfo.az-a Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər. Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.


Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq.


Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: "Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”.


Paylaş:


Müəllif : Baxış :
112732
Tarix:
14-12-2016, 11:46
  


loading...




Oxşar Xəbərlər