İki məktəbdə hər şagirddən 5 manat tələb olunur » Qaynar xəbərlərin tək ünvanı

» » » İki məktəbdə hər şagirddən 5 manat tələb olunur

İki məktəbdə hər şagirddən 5 manat tələb olunur


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İki məktəbdə hər şagirddən 5 manat tələb olunur

 Təhsil Nazirliyi: "Təhsil müəssisələrində hər hansısa vəsaitin yığılmasına icazə verilmir”

Nəsimi rayon 14 saylı məktəbdə və Abşeron rayonu İ.Yusifov adına Görədil kənd tam orta məktəbində müəllimlərin şagirdlərdən 5 manat məbləğində vəsait yığdığı bildirilir. 

Bu barədə "Bizim Yol”-a vətəndaşlar tərəfindən göndərilən müraciətdə bildirilib. Həmin vəsatinin tədris müəssisələrinin təmir işlərinə xərclənəcəyi bildirilib.


İddia ilə bağlı Təhsil Nazirliyi sorğu göndərdik. Bu qurumdan bildirildi ki, təhsil müəssisələrində hər hansısa vəsaitin yığılmasına icazə verilmir. Valideynlərlə bu kimi hallarla bağlı "Qaynar xəttə" müraciət edə bilərlər.


Qeyd edək ki, məktəblərin təmiri və yenidən qurulması "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub. 


Ramid İBRAHİMOV

http://www.bizimyol.info/news/84526.html
Paylaş:


Müəllif : Baxış :
61032
Tarix:
14-09-2016, 18:13
  


loading...

Oxşar Xəbərlər