Şiddətli töhmət alan məktəb direktoru şöbə müdiri təyin edildi » Qaynar xəbərlərin tək ünvanı

» » » Şiddətli töhmət alan məktəb direktoru şöbə müdiri təyin edildi

Şiddətli töhmət alan məktəb direktoru şöbə müdiri təyin edildi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Şiddətli töhmət alan məktəb direktoru şöbə müdiri təyin edildi

 Ağcabədi Rayon Təhsil şöbəsinə yeni müdir təyin edilib. 


Bizimyol.info xəbər verir ki, Ağcabədi rayon  S.İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov rayon təhsil şöbəsinin müdiri təyin edilib. Baş tutan təyinatın maraqlı tərəfi isə Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri təyin olunan Anar Qasımovun, S.İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru vəzifəsində olarkən işində yol verdiyi cidi nöqsanlara görə, Təsil naziri Mikayıl Cabbarovun 27.05.2016 tarixli 11/380 əmrinə əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət almasıdır. İşində yol verdiyi ciddi nöqsanlara görə, sonuncu xəbərdarlıqla şiddətli töhmət alan bir şəxsin, rayon təhsil şöbəsinin müdiri təyin olunması olduca maraq doğurur.


Məsələ ilə bağlı Təhsil nazirliyinin mövqeyini öyrənmək istəsək də, nazirliyin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov zənglərimizə cavab vermədi.


Qeyd edək ki, bundan əvvəl Ağcabədi Rayon Təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunan Mehti Əkbər oğlu Əhmədov, Təhsil nazirliyi və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Ağcabədi Rayon Təhsil şöbəsində apardığı yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə işindən azad olunub.

 

Paylaş:


Müəllif : Baxış :
307832
Tarix:
2-09-2016, 16:31
  


loading...