Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb-Video » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb-Video

Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb-Video


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakıda yanacaq doldurma məntəqəsində qorxulu anlar yaşanıb-Video

 

AyMobi.com-un Musavat.com-a istinadən məlumatına görə, Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən "RM petrol” maye-qaz doldurma məntəqəsində saat 18 radələrində qəza baş verib.

Qaz doldurularkən boru partlayıb. 20-30 dəqiqə ərzində hadisəyə müdaxilə edən olmayıb. Yüksək təzyiqlə ətrafa yayılan qaz panikaya səbəb olub.

Qəza baş verərkən "RM petrol”un ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Ətrafda olan ticarət obyektləri fəaliyyətini davam etdirib, xeyli sayda insan hadisəni izləmək üçün oraya toplaşıb. Hadisə şahidlərinin dediyinə görə, baş verən qəzanı izləyənlər arasında siqaret çəkən şəxslər də olub. Onlara xəbərdarlıq edildiyindən, hadisə yerindən uzaqlaşdırıldığından baş verə biləcək faciənin qarşısı alınıb.
 


Paylaş:


Müəllif : Baxış :
47932
Tarix:
27-06-2016, 00:12
  






loading...