Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı

Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azərbaycanda hamilə qadına qoyulan səhv diaqnoz 2 can aldı

 

Azərbaycanda daha bir ana və uşaq ölümü qeydə alınıb.

27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.

Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşov danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir.

Hamiləliyinin 6-cı aylığında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub.

Günay özü isə iyunun 14-də həyatını itirib.

"Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır” deyə Nigar Dadaşova bildirib.

///big.az

Paylaş:


Müəllif : Baxış :
53732
Tarix:
24-06-2016, 18:57
  






loading...