Balakəndə iki motosiklet toqquşub, yaralılar var » Qaynar xəbərlərin tək ünvanı

» » » Balakəndə iki motosiklet toqquşub, yaralılar var

Balakəndə iki motosiklet toqquşub, yaralılar var


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Balakəndə iki motosiklet toqquşub, yaralılar varBalakəndə motosikletlərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.
 
İyunun 16-ı axşam saat 20:30 radələrində rayonun Qaysa kənd yolunda, Qaysa kənd sakinləri 1951-ci il təvəllüdlü Ömər Hacı oğlu Cırınqovun idarə etdiyi "Dnepr” markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti ilə 1975-ci il təvəllüdlü Əli Kamil oğlu Ramazanovun idarə etdiyi  eyni markalı, dövlət qeydiyyat nişanı olmayan yük motosikleti qarşı-qarşıya toqquşub.
 
Qəza nəticəsində Ömər  Cırınqov və Əli  Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan  bildirilib ki, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən hər iki yaralıya qapalı kəllə-beyin travması, beyin əziyi və sol ayağın baldırın sınığı diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.Apa\\

Paylaş:


Müəllif : Baxış :
151032
Tarix:
17-06-2016, 15:48
  


loading...

Oxşar Xəbərlər