Azərbaycanda 32 yaşlı kişini sel apardı - FOTO » Qaynar xəbərlərin tək ünvanı

» » » Azərbaycanda 32 yaşlı kişini sel apardı - FOTO

Azərbaycanda 32 yaşlı kişini sel apardı - FOTO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Azərbaycanda 32 yaşlı kişini sel apardı - FOTOGədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb.

Report-un məlumatına görə, hadisə iyunun 16-da axşam saatlarında baş verib.

Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dolu, əsasən Şınıx bölgəsinin kəndlərini, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub.
 

Azərbaycanda 32 yaşlı kişini sel apardı - FOTO


Paylaş:


Müəllif : Baxış :
42532
Tarix:
17-06-2016, 15:19
  


loading...