AZAL-ın təyyarəsi məcburi eniş edib » Qaynar xəbərlərin tək ünvanı

» » » AZAL-ın təyyarəsi məcburi eniş edib

AZAL-ın təyyarəsi məcburi eniş edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş AZAL-ın təyyarəsi məcburi eniş edibBakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq. Bunu "Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub.

İki aeroport arasında məsafə təxminən 25 km-dir.

"Təyyarə və sərnişinlərlə bağlı heç bir problem yoxdur. Yaxın dəqiqələrdə bütün sərnişinlər xüsusi ayrılmış avtobuslarla Dubaya yola salınacaq", - deyə aeroportdan bildirilib.
Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan "A-320" təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin rəsmi tədbirlə əlaqədar Dubay Beynəlxalq Hava Limanı bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxaq Hava Limanına enməli olub. 

Paylaş:


Müəllif : Baxış :
34332
Tarix:
11-06-2016, 16:39
  


loading...