Zaqatalada 31 yaşlı kişini ilan sancıb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada 31 yaşlı kişini ilan sancıb

Zaqatalada 31 yaşlı kişini ilan sancıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Zaqatalada 31 yaşlı kişini ilan sancıbZaqatalada 31 yaşlı kişini ilan sancıb.
 
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX)  verilən məlumata görə, iyunun 4-ü səhər saatlarında rayonun Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 31 yaşlı M. Məmmədov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol qolunun bilək nahiyəsindən sancıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən M. Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
 
M. Məmmədovun vəziyyətinin orta-stabil olduğu bildirilir.  Apa

Paylaş:


Müəllif : Baxış :
109632
Tarix:
5-06-2016, 20:50
  


loading...