Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar » Qaynar xəbərlərin tək ünvanı

» » » Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar

Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Kanalizasiya suları yola axdı - Lerikdə leysan+FotolarSon günlərdə Lerikə yağan intensiv yağış bu gün günorta saatlarında güclü leysana çevrilib.

Aymobi.com-un Ans press-ə istinadən məlumatına görə, Lerikin rayon mərkəzinə və yuxarı kəndlərə bir neçə saat davam edən güclü yağışla yanaşı, qısamüddətli dolu da düşüb.

Yağan dolu və yağış ilk növbədə kənd təsərrüfatına ziyan vurub. Taxıl və kartof sahələri, meyvə bağları zərər çəkib. Lerikin Noda kənd sakini Nail Qurbanov bildirib ki, taxıl sahələrinə ciddi ziyan dəyib:

"Ot sahəsində ot biçmişdik, 500-600 pres yığşmışdıq, hazır vəziyyətdə gətirə bilmədik. Kənd təsərrüfatına aid nəyimiz var hamısı sıradan çıxdı. Meyvə ağacları pis vəziyyətə düşüb”.

Dağdan gələn sel suları şəhərdaxili küçələri bərbad vəziyyətə salıb. Yolun asfalt qatı sel sularından ciddi ziyan çəkib. Bir neçə saat davam edən aramsız yağış kanalizasiya qoyularının dolmasına və daşmasına səbəb olub. Hazırda kanalizasiya suları şəhər küçələri boyunca axır. Son günlərdə rayona düşən intensiv yağıntı rayon rəsmilərini də narahat edir.əsas narahatlıq kənd təsərrüfatı ilə bağlıdır.

Lerik rayon FHK-nın sədri Habil Məlikov deyib ki, əsasən taxıl zəmiləri, biçilmiş ot sahələri pis vəziyyətə düşüb: "Zuvucdə 30, Şingədulanda 50 ha-dan yuxarı və digər ərazilərimizdə hektarlarla taxıl zəmilərinə ziyan dəyib. 2 min 8 h taxıl əkilmişdi. Verilən məlumata görə 200 ha-dan yuxarı taxıl zəmilərinə, eyni zamanda kartof əkinlərinə ziyan dəyməsi müşahidə olunur".

İntensiv yağıntı səbəbindən dağ çaylarında suyun həcmi kəskin artıb. Hazırda rayonda yağış səngiyib.
 

Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar

 

Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar

 

Kanalizasiya suları yola axdı - Lerikdə leysan+Fotolar


Paylaş:


Müəllif : Baxış :
42032
Tarix:
3-06-2016, 09:58
  


loading...