Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
İki gün əvvəl Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində  ağır xəsarət alan 51 yaşlı kişi xəstəxanada ölüb.
 
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində  Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan,  Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev bu gün axşam saat 19 radələrində ölüb.
 
Qeyd edək ki, Rizvan Əliyev may ayının 25-i səhər saatlarında idarə etdiyi "Hyundai” markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə  Zaqatala-Muğanlı avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmışdı.  Rizvan Əliyevə qapalı kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdu.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. Apa

Paylaş:


Müəllif : Baxış :
127932
Tarix:
27-05-2016, 23:10
  


loading...