Zaqatalada 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb - VİDEO » Qaynar xəbərlərin tək ünvanı

» » » Zaqatalada 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb - VİDEO

Zaqatalada 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb - VİDEO


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Kanal S (Region TV) xəbər verir ki, mayın 22-də rayonun Əliabad qəsabə sakini, 1998-ci il təvəllüdlü, Zeynəb Nurməmməd qızı Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, kənd sakini Nurməmməd Nurməmmədov idarə etdiyi qoşqulu motosikletlə ailə üzvləri ilə birlikdə əkin sahəsindən evə qayıdarkən, motosikletin qoşqusunda olan qızı Zeynəb Nurməmmədova ehtiyatsızlıqdan yıxılıb. Nəticədə Zeynəb Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala rayon PŞ-də araşdırma aparılır.

 


Paylaş:


Müəllif : Baxış :
88132
Tarix:
24-05-2016, 22:21
  


loading...