Bakıda məktəbdə yanğın » Qaynar xəbərlərin tək ünvanı

» » » Bakıda məktəbdə yanğın

Bakıda məktəbdə yanğın


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş Bakıda məktəbdə yanğınBu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Məlumata görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.
Məktəbdə olan bütün şagirdlər təxliyyə olunub. "Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur", - məktəbdən bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Report”a bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub: "Hadisə yerinə iki həkim briqadası göndərilib”.

Paylaş:


Müəllif : Baxış :
89632
Tarix:
23-05-2016, 09:51
  


loading...